Bakıda bazarda faciə yaşandı – ÖLƏN VAR
    • 15-09-2022, 16:45
    • 295

Bakıda bazarda faciə yaşandı – ÖLƏN VAR

Bakıda bazarda ölüm hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu 6-cı Köndələn küçəsində yerləşən bazarda 1980-ci il təvəllüdlü Ü.Kazımov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Lakin tibbi yardıma baxmayaraq o vəfat edib.

42 yaşlı şəxsin bazarda olarkən infarkt keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma başlanılıb.