Tibb bacıları uşaq evindən gələn xəstələrə dərman vermir?
    • 17-09-2022, 12:01
    • 320

Tibb bacıları uşaq evindən gələn xəstələrə dərman vermir?

Jurnalist Elnurə Abışova Əbülfəz Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında tibb bacılarının kimsəsiz uşaqlara qulluq etmədiyi ilə bağlı feysbukda status paylaşıb.

News24.az xəbər verir ki, yazılan statusda bildirilir ki, tibb bacıları uşaq evindən gələn azyaşlı xəstələrin dərmanlarını vaxtında vermir və onlarla pis rəftar edir.

Elnurə Abışovanın statusunu təqdim edirik:

"Tanıdığım xanımın övladı Qarayev adına xəstəxanada idi. Deyir uşaq evindən qotur xəstələr gəlir ora. Uşaq evlərində uşaqlara yaxşı baxmırlar, yuyundurmurlar, yazıq uşaqlar qotur olur. İşçilər deyirmiş, artıq neçənci haldır. Xanım deyir 1 qəpik pulumuz çıxmadı, xəstəxanada təmizliyə söz yox. Sadəcə uşaq evindən gələn uşaqlara sanitarkalar çox yaxşı münasibət göstərir, amma tibb bacıları mazı vaxtında çəkmir, deyinirdilər biz yetim-yesirə baxanıq? Dediyinə görə hazırda orda 2-ci mərtəbədə sağ tərəfdə 2 yaşlı Araz adında uşaq var. O qədər yaraşıqlı uşaqdı ki... Yazıq körpə hamıya ana deyir. Onu saatlarla bağlı otaqda uşaq arabasında saxlayıb, mazını da vaxtında çəkmirlər. Uşaq bütün günü tək ağlayır orada, yaraları qaşınır, maz olsa, qaşınmaz. Mən bunu ictimailəşdirmədən xətri əziz dostlarıma da deyə bilərdim. Burda yazdım ki, işçilər yetimin ahından qorxsunlar. Zatən digər xəstələrdən də pul alınmır, yetimə niyə baxmırsız? Uşaq evlərində ciddi təftiş aparılmalıdır. İşləyənlər kimdi? Niyə təmizliyə riayət olunmur, vitaminsiz yeməklər verilir, uşaqları qotur basır. Mudirin adamlarıdır, rüşvətlə düzəliblər, ya necə?

P.S. ürək ağrısı ilə danışan xanımı çox yaxşı tanıyıram. Bir müddət qalıblar orda, gecə-gündüz, müşahidələrini dedi. Yani 1 saatlıq görüntüyə əsaslanmır dedikləri. Hələ venaya iynə vuranda damara düşə bilməməkləri ayrı mövzu. Məqsədim yetim uşaqlara qayğı göstərilməsi, uşaq evlərindəki vəziyyəti diqqətə almaqdır".

İlk öncə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müəssisələrinizi təftiş edin.Uşaq müəssisələrinin monitorinqinə QHT-ləri cəlb edin!!!
Hörmətli, TƏBİB müəssisələrinizdə işçilərinizi təlimatlandırın ki,#özgəuşağıolmur !!!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi lütfən körpəni nəzarətə götürün. 2 yaşlı körpə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin körpələr evindən gələ bilər və ya hansısa sığınacaqdan da ola bilər"...