-
- 2-01-2019, 19:00
- 710
Baş məşqçi futbolçusunu öldürmək istəyib
"Fulhem"in baş məşqçisi Klaudio Ranyeri komandanın futbolçusu Abubakar Kamaranı öldürmək istəyirmiş.
Bu barədə mütəxəssis özü açıqlama verib.
Belə ki, "Fulhem" Premyer Liqanın XX turunda "Huddersfild"i 1:0 hesabı ilə yenib. Qarşılaşmanın 82-ci dəqiqəsində - hesabı 0:0 olarkən "Fulhem" penalti qazanıb. "Fulhem"in ştatlı penalti vuranı Aleksandar Mitroviç olsa da, Kamara topu onun əlindən alıb. Fransız futbolçu penalti zərbəsindən yararlana bilməyib.
Oyunla bağlı danışan Ranyeri "Kamara mənə və komanda yoldaşlarına böyük hörmətsizlik etdi. Onu özdürməka istədim" deyib.
Qeyd edək ki, "Fulhem"in qələbə qolunu 90+1-ci dəqiqədə Mitroviç vurub.
//FanatAz