Ekspert sürət limitinin endirilməsinə ETİRAZ ETDİ
    • 20-09-2022, 16:31
    • 295

Ekspert sürət limitinin endirilməsinə ETİRAZ ETDİ

Daha bir absurd qərar !

Bu gün rəqəmsal baxımdan nəhs gündür.


ABB-nin absurd "soyad dəyişiklik arayışı" tələbinin ardınca BNA paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı gözlənilməz, həm də absurd qərar verib.


Nə üçün absurd?


İlk öncə qeyd edim ki, bu qərarla bağlı BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minuma endirilməsi indiki anda anlaşılan və məqbuldur.


Amma belə olmalı deyildi axı.


Çünki, dövlətin nəqliyyatı intellektual idarə etmək , ağıllı svetaforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud ORTA SÜRƏT HƏDDİNİ ARTIRMAQ , bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti  vardı.
Yəni , 130 milyon dəyəri olan nəqliyyatın intelkektial idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti ARTIRMAQ olub .


News24.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, BNA parkovka məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə   də dolayısıyla həmin orta sürətin ARTIRILMASI məqsədini qarşıya qoymuşdu:" Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün  rəqəmsal  və qeyri-innovativ addımlar paytaxtda orta sürəti ARTIRMAĞA, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi. Bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə  səlahiyyətli olan dövlət qurumu birdən -birə sürət həddini endirildi".

Ekspert qeyd edib ki, hökumət özü də fərqindədir ki, sektorda atılam innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir.