“Eurovision”da İsrail finalda yarışacaq
    • 10-05-2024, 13:22
    • 102

“Eurovision”da İsrail finalda yarışacaq

Dünən Malmödə keçirilən ikinci yarımfinalda, İsveçli iqlim fəalı Greta Thunberg də daxil olmaqla minlərlə nümayişçi, Rusiyanın Ukraynaya hücumu səbəbiylə müsabiqəyə daxil edilmədiyi halda, İsraillə bağlı ikili standartların tətbiqinə etiraz edib”.

News24.az xəbər verir ki, qaydalara əsasən, Avropanın “böyük” ölkələri Almaniya, Fransa, İngiltərə, İtaliya və İspaniya finalda birbaşa mübarizə aparır, digər iştirakçılar isə yarımfinal maneəsini keçməlidirlər.

Qeyd edək ki, finalda bu 5 “böyük” ölkədən əlavə İsrail, Ukrayna, Yunanıstan, Xorvatiya, Yunan Kipr, İrlandiya, Estoniya, Serbiya, Lüksemburq, İsveçrə, Portuqaliya, Latviya, Gürcüstan, Sloveniya, Avstriya, Ermənistan, Litva, Hollandiya, Finlandiya, Norveç və ev sahibi İsveç yarışacaq.

Günel Məlikzadə