Turist batmış gəmiyə sualtı tur zamanı öldü

Turist batmış gəmiyə sualtı tur zamanı öldü
Dünya

22-09-2022, 18:44

Mətn ölçüsü

Albaniyada 29 yaşlı turist tur zamanı ölüb.

News24.az "oxu.az"-a istinadən xəbər verir ki, hadisə Saranda şəhərində baş verib. Böyük Britaniyadan olan turist sualtı tura çıxmaq qərarına gəlib və yerli dalğıc mərkəzinə üz tutub. Turist batmış gəmiyə ekstremal tura yazılıb.

Tur zamanı turist qız yeddi-səkkiz metr dərinliyə dalıb, sonra suyun üstünə çıxıb və yenidən dibə gedib.

Qrupu müşayiət edən təlimatçı ilkin tibbi yardım göstərmək istəsə də, qız dünyasını dəyişib.

Hadisə ilə bağlı 45 yaşlı dayvinq təlimatçısı həbs edilib.

Polisin məlumatına görə, bələdçi dayvinq zamanı sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməyib. Dayvinq mərkəzindən isə bildirilib ki, qızın səhhətində problemlər olub və o, bu barədə məlumat verməyib.