-
- 28-09-2022, 16:06
- 482
“Qızı 13 yaşında ərə verirlər ki, yeyənin biri azalsın”
“Valideyn çalışır ki, maddi sıxıntılar üzündən qızını tez ərə versin, başından eləsin”.
News24.az xəbər verir ki, bunu tanınmış aparıcı Günay Firudinqızı Azərbaycanda 2021-ci ildə 425 nəfər məktəbli qızın ana olması ilə bağlı statistikaya münasibət bildirərkən Yenicag.az- a açıqlamasında deyib.
Aparıcı bu gün mənəvi dəyərlərin aşağı düşməsi nəticəsində belə halların çoxaldığını təəssüf hissi ilə bildirib;
“Belə hadisələrin bir səbəbi də maddi sıxıntılardan qurtulmaqdır. Ailə çalışır ki, maddi sıxıntılar üzündən qızını tez ərə versin, başından eləsin. Heç olmasa, yeyəninin, geyinəninin biri azalsın.
Qonşuluğumuzda bir qız var idi, onu 13 yaşında 30 yaşılı kişiyə ərə verdilər, puluna görə. Ailə bununla maddi yükdən xilas olacağını düşündü. Amma sonra o qız boşandı. Nə qədər ki cəmiyyətimizdə maddiyyat mənəviyyatdan üstün gələcək, mənəvi keyfiyyətlər də bir o qədər aşağı düşəcək. Mənəvi dəyərlər yüksəlməlidir, bunun uğrunda mübarizə aparmaq lazımdır. Dəyişən yalnız geyimlərimizdir, baş verən bu cür hadisələr onu göstərir ki, düşüncəmiz, həyat fəlsəfəmiz elə daş dövründə olduğu kimi qalıb. Çox acınacaqlı haldır, təəssüf ki, bunun qarışısını heç nə ilə almaq olmur. İndi uşaqlar tez böyüyür, yaşlarından böyük görünür, çünki cəmiyyət onları elə yetişdirir. Ən dəhşətlisi bundadır ki, bu proses bölgələrdə baş verir”.