-
- 9-04-2020, 22:29
- 1 132
Yardım etdiyiniz insanları utandırmayın"- RUHİ ƏLİYEVA
"İndiki vaxtda insanlara faydalı olmaq təkçə evdə qalmaq deyil, həm də xeyirxah addımlar atmaq, ehtiyacı olanlara yardım etməkdir. Amma bunu şouya çevirmək lazım deyil".
Bu sözləri iş xanımı Ruhi Əliyeva News24.az-ın canlı yayımında deyib. O, bildirib ki, xeyriyyəçilik etmək istəyənlər yardım etdikləri insanların üzünü çəkib göstərməməlidirlər: "Yardım edənlər ehtiyacı olanların, yaşlıların, uşaqların üzünü çəkib paylaşmamalıdırlar. Bu, yanlışdır, mən bunu qəbul eləmirəm. Çünki yardım olunan insanlar da bizim kimi bu ölkənin vətəndaşlarıdır. Əgər, kiminsə içində mərhəmət hissi varsa köməklik göstərsin, amma bunu xeyriyyəçiliyə yaraşan şəkildə eləsin. O insanları utandırmasın".
News24.az-la iki dəfə yardım kompaniyası keçirdiklərini deyən iş xanımı bu həssas məqamda hər kəsdən təmkinini qorumasını istəyib: "İnsanları təlaşa salmaq olmaz. Əksinə hamı biri-birinə mənəvi dəstək verməlidir ki, bu bəlanı sakitliklə yola verə bilək. Çox cəsarətli, çalışqan ailə başçılarımız var, amma təəssüf ki, indi xüsusi karantin rejimi ilə bağlı çətin vəziyyətə düşüblər. Ölkə başçısı da hamının vəziyyətinin yaxşı olması, bu təhlükənin tezliklə sovuşması üçün əlindən gələni edir. İnsanlara maddi dəstək verir, yardımlar ayırır. Sadəcə, bir qədər səbirli olmaq və deyilənlərə əməl etmək lazımdır".
Sevda Bayramova