DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA - YENİLƏNİB
    • 28-09-2022, 17:28
    • 232

DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda küçədə gecələyən uşaqlarla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, qurumdan oxu.az-a verilən məlumata görə, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb.

Qeyd edilib ki, hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

***

10:18

Bakıda iki qardaş küçədə gecələyib.

News24.az xəbər verir ki, bu barədə müğənni Emma Ələkbərzadə feysbuk səhifəsində paylaşım edib.

O qeyd edib ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən Nəsimi heykəlinin arxasında iki qardaş gecəni küçədə keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən isə Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, qurumun əməkdaşları əraziyə yönləndirilib və məsələ araşdırılacaq.