Ukraynadan daşınan qida məhsullarının miqdarı beş milyon tonu keçib
    • 28-09-2022, 20:50
    • 370

Ukraynadan daşınan qida məhsullarının miqdarı beş milyon tonu keçib

İki ay ərzində Ukrayna limanlarından 200-dən artıq gəmi hərəkət edib.

 News24.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edilib ki, bu gəmilərlə daşınan taxıl və ona bənzər qida məhsullarının miqdarı beş milyon tonu keçib. Bundan əlavə bu gün taxıl yüklü daha beş gəmi Ukraynadan yola çıxıb.