İki qardaş evdən 6 min manatlıq oğurluq etdi
    • 30-09-2022, 12:43
    • 154

İki qardaş evdən 6 min manatlıq oğurluq etdi

Ağsuda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərin birindən 6287 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Səlimov, R.Kərimov və qardaşı saxlanılıblar.