Son üç ayda 76 nəfər ilan sancmaları ilə bağlı həkimə müraciət edib
    • 4-10-2022, 10:45
    • 259

Son üç ayda 76 nəfər ilan sancmaları ilə bağlı həkimə müraciət edib

Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib. Onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir.

News24.az-a verilən məlumata görə, müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. 

Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb. 

Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.