Quranı cırıb içki masasında yandıranlar SAXLANILDI
    • 4-10-2022, 11:45
    • 353

Quranı cırıb içki masasında yandıranlar SAXLANILDI

İzmirin Çiğli rayonunda Qurani-Kərimi cırıb içki masasında yandıran iki nəfər polis qrupları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, hər iki şəxs sosial media hesablarında həmin anları paylaşıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitter hesabında məlumat paylaşıb. Nazir, Qurana hörmətsizlik edən 2 nəfərin saxlanıldığını qeyd edib.

“İzmirdə Qurana hörmətsizlik edən iki yaramaz şəxsin kimliyi Polis İdarəmiz tərəfindən müəyyən edilib və prokurorluğun əmri ilə saxlanılıb"./Bakupost.az/