Anjelika Varumla Leonid Aqutin Rusiyanı tərk etdi
    • 4-10-2022, 12:24
    • 240

Anjelika Varumla Leonid Aqutin Rusiyanı tərk etdi

Rusiya şou-biznesinin ən məşhur cütlüklərinin biri – Əməkdar artist Anjelika Varum və Əməkdar artist Leonid Aqutin ölkəni tərk ediblər.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumata görə, onlar İsrailin Təl-Əviv şəhərindədir və lüks hotellərin birində yerləşiblər. Bu gedişin tətil və ya mühacirət olduğu bilinmir.

Qeyd edək ki, daha əvvəl cütlüyün Mayamiyə mühacirət etdiyi xəbəri yayılmışdı. Lakin L. Aqutin məlumatı təkzib etmişdi.

Ukraynada başlayan müharibə fonunda Lvovda doğulmuş A. Varum instaqramda bu sözləri yazmışdı: “Biz cəld addımlarla birbaşa cəhənnəm istiqamətində gedirik”. Bu paylaşımdan sonra müğənni sosial şəbəkədə görünməyib.