Emin Ağalarovdan "Qarabağ"ın qələbəsilə bağlı paylaşım - VİDEO
    • 7-10-2022, 12:22
    • 512

Emin Ağalarovdan "Qarabağ"ın qələbəsilə bağlı paylaşım - VİDEO

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni video paylaşıb. 
 
Sənətçi instaqram hesabında ötən gün keçirilən "Qarabağ" futbol klubu ilə "Olimpiakos"un qarşılaşmasını əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.
 
Videoda “köhlən atlar”ın Yunanıstan komandasının qapısına qol vurduğu anlar yer alıb.
Məlumat üçün bildirək ki, ötən gün Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb. "Georgios Karaiskakis" stadionunda qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. /Sfera/