-
- 7-10-2022, 13:18
- 518
Ermənistan bu sənədi imzalamaqla Qarabağı işğal etdiyini BOYNUNA ALDI – İlqar Vəlizadə
“Bu sənədin mahiyyəti vacibdir. Bu sənəd bir daha təsdiqləyir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməklə Qarabağı da defakto olaraq tərkib hissəsi kimi tanıyır”.
Bunu News24.az-a açıqlamasında Praqa görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib.
Politoloq sənədin önəmli olduğunu desə də, Ermənistanın hər zaman ikili siyasət yürütdüyünü xatırladıb: “1991-ci il Alma-Ata Bəyannaməsin əsasən, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Ancaq Ermənistan 1992-ci ilin may ayında Şuşanı, daha sonra Laçını, 1993-də Kəlbəcəri, 1994-cü ildə Ağdamı, Füzulini, Cəbrayılı və Zəngilanı işğal edib. Yəni onlara güvənmək qəti olmaz. Ermənistan çox riyakar və hiyləgər bir ölkədir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ikili siyasət Ermənistan üçün hər zaman prioritet olacaq. Bununla belə, yekunda onu deyə bilərik ki, Praqa bəyanatı ilə Ermənistan Qarabağı işğal etdiyini boynuna aldı. Bu, sadəcə biabırçılıqdır.
Ermənistanla elə bir ölkədir ki, onlarla imzalanan sənədlərin o qədər də önəmi yoxdur, çünki hər an dönük çıxa bilərlər. Onlarla imzalanan sənəd o vaxt əhəmiyyətli ola bilər ki, Azərbaycan güclü olsun. 1990-cı illərdə Ermənistan sənədlərə baxmadan önünə gələni imzalayıb, istədiyini edirdi. Çünki həmin dömlərdə biz güclü deyildik. İndi isə imzalanan hər bir sənədi Ermənistan tərəfinin rəsmiləri diqqətlə oxuyurlar. Səbəb sadədir, Azərbaycan güclüdür, öz mövqeyini diqtə edir. Praqa görüşü Ermənistanın öz istəyi ilə yox, Azərbaycanın məcburetmə siyasəti nəticəsində reallaşdı. Ermənistan tərəfi bu gedişatın heç birinə hazır deyildi, onlar son dönəmlər hansı qapıya əllərini uzatdılarsa, hamısı bağlı çıxdı. Çünki Amerika, Fransa, və Avropa İttifaqı Ermənistan tərəfinə bildirib ki, Azərbaycanla danışıqlar olmalıdır, başqa yolu yoxdur”.