-
- 12-08-2021, 13:17
- 768
"Paşinyanın sözlərinə ALDANMAQ OLMAZ" - Elxan Şahinoğlu
"Paşinyan son açıqlamasında dostluqdan, sülhdən, regional əməkdaşlıqdan, sərhədlərin müəyyənləşməsindən və nəqliyyat dəhlizlərinin açılmasının vacibliyindən danışıb. Paşinyanın sözlərinə aldanmayaq. O yeni heç nə deməyib. Paşinyan müharibədən bir neçə ay sonra da oxşar fikirləri söyləmiş, ancaq az sonra ritorikasını dəyişmişdi".
Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyanın açıqlamalarına yox, atdığı və atacağı addımlara baxmaq lazımdır: "Biz ondan “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” açıqlamasını gözləyirik - əsas budur".
Siyasət şöbəsi