Zeynəb Xanlarovanın 33 il əvvəl BMT-də verdiyi konsert - Nadir görüntülər/Video
    • 8-10-2022, 20:30
    • 310

Zeynəb Xanlarovanın 33 il əvvəl BMT-də verdiyi konsert - Nadir görüntülər/Video

SSRİ xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarova dünyanın bir çox ölkələrində konsertlər verib. O, xarici ölkələrdə səhnələrdə oxuduğu mahnılarla vətənəmizi tərənnüm edib, insanları dostluğa və qardaşlığa səsləyib.

News24.az -a xəbər verir ki, o, Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

Z.Xanlarova Briləşmiş Millətlər Təşkilatının binasında konsert vermiş yeganə sənətkarımızıdır.

Zeynəb xanımın həmin konsertindən çəkilmiş nadir görüntüləri oxucularımıza təqdim edirik.

3 mart 1989-cu ildə Nyu-Yorkda, BMT-nin binasında təşkil edilmiş konsertdə Z.Xanlarova Azərbaycan mahnllarını ifa edib. Kadrlarda konsertə gələnlərin sənətkarı alqışladığı görünür.