TƏBİB: Ağdamda 3 nəfər minaya düşüb, ikisinin vəziyyəti ağırdır
    • 8-10-2022, 19:33
    • 330

TƏBİB: Ağdamda 3 nəfər minaya düşüb, ikisinin vəziyyəti ağırdır

Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə News24.az -a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.