Bakıda avtomobil qaçırıldı
    • 11-10-2022, 10:22
    • 193

Bakıda avtomobil qaçırıldı

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə oktyabrın 10-da gecə saatlarında F.X.Xoyski küçəsindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov avtomobillə birlikdə saxlanılıb. 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.