Azərbaycanda məlumat xarakterli xidmətlərin ÖDƏNİŞSİZ olması təklif edilir
    • 11-10-2022, 15:30
    • 163

Azərbaycanda məlumat xarakterli xidmətlərin ÖDƏNİŞSİZ olması təklif edilir

"Azərbaycanda hansısa məlumatın verilməsinə görə xidmət haqqı tutulması nə dərəcədə doğrudur?"

News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Məlumatların əksəriyyəti elektronlaşdırılıb. Onların təqdim edilməsi üçün heç bir xərc tələb olunmur. Bununla belə, qanunvericilikdə məlumat xarakterli xidmətlər üçün haqlar müəyyən edilib", - deyə o, qeyd edib.