ABŞ İranla mübarizə üçün yüzlərlə pilotsuz gəmi göndərir
    • 12-10-2022, 21:53
    • 180

ABŞ İranla mübarizə üçün yüzlərlə pilotsuz gəmi göndərir

ABŞ-ın 5-ci donanması Qırmızı dənizdən Bəsrə körfəzinə qədər bölgədə yüzlərlə pilotsuz gəmi yerləşdirməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu addımın hərbi təhdidlərə cavab olaraq atıldığı bildirilir.

ABŞ 5-ci Donanmasının Komandanlığından deyilib ki, Amerika və müttəfiqləri Qırmızı dənizdən Bəsrə körfəzinə qədər patrul xidməti həyata keçirəcək 100 pilotsuz gəmidən ibarət qüvvə yaratmaq istəyir.