DİN Mingəçevirdəki ağır qəza ilə bağlı məlumat yaydı
    • 17-10-2022, 11:06
    • 167

DİN Mingəçevirdəki ağır qəza ilə bağlı məlumat yaydı

Mingəçevirdə iki piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, oktyabrın 15-də saat 10 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşduqdan sonra “KİA” markalı avtomobil yolun kənarında gedən şəhər sakinləri Şamaxı Məmmədovanı və Xədicə Sultanovanı vurub. Nəticədə piyadalardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüblər.

Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.