Azərbaycan əhalisinin SAYI AÇIQLANDI
    • 17-10-2022, 11:07
    • 177

Azərbaycan əhalisinin SAYI AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.