UNEC-də intihar edən tələbənin xatirəsinə guşə yaradıldı
    • 18-10-2022, 10:23
    • 258

UNEC-də intihar edən tələbənin xatirəsinə guşə yaradıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bir neçə gün əvvəl Bakı şəhər Nizami rayonunda intihar edən tələbə, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədovun xatirəsinə guşə yaradılıb.

News24.az-ın məlumatına görə, guşədə tələbənin fotosu yerləşdirilib və başsağlığı mesajı qeyd edilib.

Qeyd edək ki, Masallı rayon sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.