Britaniyanın yeni Baş nazirinin adı nə vaxt bəlli olacaq?
    • 20-10-2022, 20:50
    • 196

Britaniyanın yeni Baş nazirinin adı nə vaxt bəlli olacaq?

Elizabet Trassın istefasından sonra Böyük Britaniyanın hakim Mühafizəkar partiyasının yeni liderinin və Baş nazirinin adı oktyabrın 31-dək elan oluna bilər.

News24.az xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərə sıravi tori parlamentarilərini birləşdirən və növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan “1922” parlament komitəsinin rəhbəri Qrem Breydi bildirib.

“Mən partiyanın sədri Ceyk Berri ilə danışmışam. O təsdiqləyib ki, səsvermənin keçirilməsi və liderin seçilməsi prosesini oktyabrın 28-dək yekunlaşdırmaq mümkündür. Vergi proqramının oktyabrın 31-də baş tutacaq təqdimatına qədər bizim yeni liderimiz olmalıdır”, - Qrem Breydi belə deyib.

O əlavə edib ki, yeni partiya liderinin və müvafiq olaraq Baş nazirin seçilməsinin prosedur məqamları ilə bağlı daha ətraflı detallar cümə axşamı günü ərzində məlum olacaq.