Kral III Çarlzın heykəlinə tortla hücum - FOTO
    • 24-10-2022, 20:30
    • 205

Kral III Çarlzın heykəlinə tortla hücum - FOTO

Britaniya kralı III Çarlzın paytaxt Londondakı Madam Tüsso muzeyində nümayiş etdirilən heykəlinə tortla hücum edilib.

Hücumu ətraf mühiti müdafiə edən "Just Stop Oil" hərəkatının aktivistləri həyata keçiriblər.

Hökumətdən yeni neft və qaz lisenziyalarını dayandırmağı tələb edən fəallar "Hərəkətə keçmək vaxtıdır" şüarı səsləndiriblər. Daha sonra etirazçılar kralın heykəlinə şokoladlı tort atıblar.

Qeyd edək ki, adı çəkilən hərəkatın üzvləri son zamanlar aktivləşiblər. Onlar daha öncə də məşhur rəssamlar Van Qoqun və Klod Monenin milyonlarla dollarlıq əsərlərinə hücum təşkil etmişdilər. /Bakupost.az/