Qazaxda toyda kütləvi dava: bıçaqlanan var
    • 25-10-2022, 13:11
    • 277

Qazaxda toyda kütləvi dava: bıçaqlanan var

Qazax rayonunda keçirilən toy mərasimində bıçaqlanma baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toyda baş vermiş kütləvi dava-dalaşda 31 yaşlı Elmar adlı şəxs bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə qaçıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü, Qazaxbəyli kənd sakini Məmmədov Əli Mustafa oğlu tutulub.

Faktla bağlı cinayət işi açılıb.