Yeni yoluxma dalğası gözlənilir
    • 26-10-2022, 15:32
    • 173

Yeni yoluxma dalğası gözlənilir

Avropa Dərman Vasitələri Agentliyi (EMA) Avropanı yeni koronavirus dalğasının bürüyəcəyini gözləyir.

News24.az xəbər verir ki, bunu bu gün EMA nümayəndəsi brifinq zamanı deyib.

O qeyd edib ki, Aİ-də koronavirusa yoluxma halları və ölümlər artmaqda davam edir: "Pandemiya hələ də başa çatmayıb. Yaxın həftələrdə "omikron" ştammının alt variantlarının səbəb olduğu yeni yoluxma dalğası gözlənilir. İnsanları vaksinasiya və ya təkrar vaksinasiyadan keçməyə çağırıram"./Unikal/