Oğul əsgərlikdən gəldi, atasının öldüyünü gördü – BAKIDA FACİƏVİ HADİSƏ
    • 28-10-2022, 15:31
    • 25 512

Oğul əsgərlikdən gəldi, atasının öldüyünü gördü – BAKIDA FACİƏVİ HADİSƏ

Bakıda 45 yaşlı şəxs qəfil vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, paytaxtda yaşayan Naxçıvanın Sədərək qəsəbə sakini İlqar Abdullayev ötən gün ürəktutmasından vəfat edib. 

Yaxınlarının bildirdiyinə görə, bu gün İlqarın oğlu Naxçıvanda hərbi xidmətini başa vuraraq evə qayıdıb.

İ.Abdullayev övladının əsgərliyini başa çatdırması ilə əlaqədar qurban kəsmək niyyətində olub və paytaxtda qurbanlıq qoyun axtarıb. Daha sonra evə gələn şəxs qəfil dünyasını dəyişib.

Əsgərlikdən evə dönən mərhumun övladı atasının vəfat etməsi xəbərini alıb.