Delimitasiya ilə bağlı növbəti iclas: tarix AÇIQLANDI
    • 2-11-2022, 11:26
    • 259

Delimitasiya ilə bağlı növbəti iclas: tarix AÇIQLANDI

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Ermənistanı Paşinyanın müavini Mqer Qriqoryan, Azərbaycanı isə Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.