“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi
    • 2-11-2022, 11:46
    • 158

“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi

"Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb".

News24.az "report"-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

"Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik", - Baş katib vurğulayıb.