Bakıda şok cinayət:  Şirkətdə işləyən qıza evlənəcəyini deyib evə apardı...
    • 11-11-2022, 15:06
    • 6 060

Bakıda şok cinayət: Şirkətdə işləyən qıza evlənəcəyini deyib evə apardı...

Bakıda gənc qızı evlənəcəyi adı ilə aldadaraq evə aparıb zorlayan və etdiyi hərəkətləri videoya çəkərək həmin qızı dəfələrlə şantaj edən şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Qusar rayon sakini, 1994-cü il təvəllüdlü Zərbəli Novruzbəyov (şərti) barəsində cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 181 (Quldurluq) və 182-ci (Hədə qorxu ilə tələb etmə) maddələri ilə iş açılıb. Cinayət işinin araşdırılması zamanı məlum olub ki, Zərbəli daha əvvəl oğurluq əməlinə görə tutulub. Lakin həmin vaxt ilk dəfə cinayət törətməsi, gənc olması, peşmançılığını bildirməsinə görə azadlığın məhdudlaşdırılması cəzası alıb və azadlıqda qalıb. Lakin üzərində məhkumluğunun olmasına baxmayaraq o, cinayət əməllərinə davam edib.

İnstaqram sosial şəbəkəsində “Osman” adı ilə qeydiyyatdan keçən Zərbəli Qusardan tanıdığı və Bakıda turizm şirkətində işləyən həmyerlisi M.Kadırova adlı qızla tanış olub. O, həmin qızla evlənəcəyini bildirib və görüşməyə başlayıb. Qızı inandıran 28 yaşlı Zərbəli bu ilin fevral ayında onunla Bakının Sabunçu və Binəqədi rayonunda, həmçinin Xırdalan qəsəbəsində görüşüb. Həmin görüşləri zamanı gənc oğlan sevgilisinin ona göndərdiyi çılpaq fotoları göstərərək həmin görüntüləri yayacağını, qızın valideynlərinə göstərəcəyini deyərək qızı qorxudub və qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.

O, həmin vaxt cinsi əlaqədə olmalarını videoya çəkib və daha sonra M.Kadırovanı şantaj etməyə başlayıb. Beləliklə, Zərbəli Novruzbəyov evlənəcəyini bildirdiyi qızdan hədə-qorxu ilə tələb etməklə 1000 və 2000 min manat pul tələb edib. Qız pulları paytaxtın müxtəlif yerlərində ona verib. Lakin hədələrin davam etdiyini görərək polisə müraciət edib.

Polis tərəfindən saxlanılan şəxsin başqa cinayəti də üzə çıxıb. Məlum olub ki, o, ötən il dekabrın 1-də Şirvan şəhər sakini olan dostu ilə gecə saat 03 radələrində maska taxaraq evə basqın edib. Onlar ev sahibi və arvadının yataq otağına daxil olaraq onları oyadıblar və qorxudaraq pul və qızıl tələb ediblər. Həmin hadisə zamanı evdən 3950 manat götürən şəxslər qaçaraq uzaqlaşıblar.

Zərbəli və dostu barəsindəki cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi noyabrın 3-də başa çatıb. Ona törətdiyi əməllərə görə 11 il, dostuna isə 10 il həbs cəzası verilib.