Bakıda inanılmaz hadisə - qızı günlərlə zorladılar
    • 18-07-2019, 14:28
    • 1 174

Bakıda inanılmaz hadisə - qızı günlərlə zorladılar

Bakıda tanışına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxsin məhkəməsi başlayır.

News24.az-ın məlumatına görə, Həmzətov Rəsul Həmzətoviç barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci, yəni, seksual xarakterli zorakılıq hərəkətləri – təkrar törədildikdə maddəsi ilə açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, R.Həmzətov tanışı və həmyerlisi S.Simakinaya qarşı dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib. Gənc qız başına gələnlərlə bağlı polisə müraciət edib və həmin şəxsin barəsində cinayət işi açılıb.