Keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu
    • 13-11-2022, 14:30
    • 157

Keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu

Bakıda keçmiş arvadını və oğlunu güllələyən şəxs tutulub.

Bu barədə News24.az-a Suraxanı rayon prokurorluğundan bildirilib.

Noyabrın 13-ü saat 11 radələrində paytaxtın Suraxanı rayonu ərazisində iki nəfər şəxsin odlu silahdan açılan atəşlə xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.