18 il hava limanında yaşayan iranlı öldü FOTO
    • 14-11-2022, 11:37
    • 180

18 il hava limanında yaşayan iranlı öldü FOTO

Fransada 18 ildir hava limanında yaşayan iranlı Mehran Kərimi Nəsri vəfat edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Nəsri Parisdə Britaniya vətəndaşı olan anasının yanına getmək istəyərkən içərisində sənədləri olan çantanı itirib və 1988-ci ildə Fransa polisi tərəfindən həbs edilib. Naseri 1999-cu ildə Fransada qaçqın statusu və yaşayış icazəsi alıb, lakin heç bir rəsmi sənədi olmadığı üçün deportasiya edilə bilməyib və 2006-cı ilə qədər Paris-Şarl de Qoll hava limanında yaşayıb.

Mehran Kərimi 2006-cı ildə sığınacağa yerləşdirilsə də, ölümündən bir neçə həftə əvvəl o, yenidən hava limanına qayıdıb və burada vəfat edib. 

O, 1977-ci ildə İranda Məhəmməd Rza Pəhləviyə qarşı etirazlar səbəbindən İrandan qovulub.