-
- 14-11-2022, 16:34
- 3 674
Azərbaycanda "kloun" DƏHŞƏTLİ CİNAYƏT törətdi – DƏFƏLƏRLƏ BIÇAQLADI
Bu ilin may ayında Gəncə şəhərində anasının sevgilisini bıçaqlayan 26 yaşlı qız məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı Fuad Babaşovu (soyadlar şərtidir) bıçaqlayan 1996-cı il təvəllüdlü Mədinə Əliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirlənidirilib.
Məhkəmədə məlum olub ki, 26 yaşlı Mədinə Gəncədə uşaq tədbirlərində kloun kimi fəaliyyət göstərib. Onun anası Fuad adlı şəxslə qeyri-rəsmi nikahda yaşayıb. Lakin Mədinə və anası Fuadın sərxoş halda dava-dalaş salmasına və digər hərəkətlərinə görə ondan polisə bir neçə dəfə şikayət edib. Hadisə günü də həmin şəxs Mədinəgilin evində dava salıb.
M.Əliyev ifadəsində deyib: “Gündəlik olaraq qazancımı əyləncə tədbirlərində uşaq klounu kimi işləyərək əldə edirəm. Zərərçəkmiş şəxsi 15 ildir ki, tanıyıram. Fuad anamla qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə yaşayır.
Fuad tez-tez spirtli içki içib sərxoş halda anamla mübahisə edirdi. Bununla bağlı anam və mən əvvəllər də polisə müraciət etmişik. Hadisə günü də saat 23 radələrində Fuad yenə sərxoş vəziyyətdə ortaq tanışımız Ramillə birlikdə bizim evə gəldi, Fuad özü ilə 2 litrlik pivə də gətirmişdi. Fuad pivə içdi, bir qədər sonra anamla mübahisə etdi, onları sakitləşdirdik. Bundan sonra telefonunun balansını artırmaq üçün evdən çıxaraq terminalın yanına gedib kontur vurub geri qayıtdım. Qayıdanda Fuadın binanın həyətində səs-küy saldığını, Ramilin isə onu sakitləşdirməyə çalışdığını gördüm, Fuada sakitləşməsini deyib evə keçdim, Fuad isə arxamca məni və anamı nalayiq ifadələrlə təhqir etdi. Evə daxil olduqda qonaq otağının pəncərəsinin sınmış vəziyyətdə döşəmədə olduğunu gördüm. Daha sonra Fuad anama zəng edərək nalayiq ifadələrlə təhqir etdi. Anamın əlindən telefonu alıb Fuada bizdən əl çəkməsini dedim, Fuad bu dəfə də məni və anamı təhqir etdi.
Fuadın sakitləşmədiyini görərək evin mətbəxindən bıçağı götürərək binanın həyətinə çıxdım. Fuadın bizi bezdirdiyinə, nalayiq ifadələrlə təhqir etdiyinə görə yaxınlaşaraq bədəninə bir neçə dəfə bıçaqla zərbə endirdi, zərbənin təsirindən yerə yıxıldı və bədənindən qan axmağa başladı. Etdiyim əməldən peşman olub şoka düşərək oturub ağlamağa başladım, bir qədər sonra isə 103 xidməti həmin yerə gəldi, həkimlərə kömək etdim və Fuadı ambulansa mindirərək xəstəxanaya apardılar. Özüm isə əməlimdən peşman olaraq xəsarət yetirdiyim bıçaqla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gedib təslim oldum”.