Ağcabədidə qanunsuz ovçular cəzalandırıldı
    • 15-11-2022, 10:34
    • 187

Ağcabədidə qanunsuz ovçular cəzalandırıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.