Azər Ayxan yeni sayt açır
    • 15-11-2022, 10:52
    • 413

Azər Ayxan yeni sayt açır

Əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu Globalinfo.az adlı yeni sayt bu gündən fəaliyyətə başlayır.

News24.az xəbər verir ki, sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır.

Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.

Qeyd edək ki, Azər Ayxan uzun illər “Yeni Müsavat” qəzetinin baş redaktoru olub. Bu ilin iyulun 6-da tutduğu vəzifədən istefa verib.