Beyonsun qızı Hollivuda addım atır - FOTO
    • 30-04-2024, 23:30
    • 310

Beyonsun qızı Hollivuda addım atır - FOTO

Kino tarixinin kult cizgi filmlərindən biri olan Kral Aslan əfsanəsi Mufasa: Kral Aslan filmi ilə davam edir.

News24.az xəbər verir ki, filmin heyətində Beyons və Cey Zinin böyük qızı Blu Ayvi Karter də yer alıb.

12 yaşlı Blu Ayvi filmdə Nala və Simbanın qızı Kiaranı səsləndirəcək.

Qeyd edək ki, filmin rejissoru Barry Jenkins Blue Ivy haqqında onun "çox peşəkar" olduğunu söyləyib.

Günel Məlikzadə