-
- 30-04-2024, 22:44
- 254
Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur.
News24.az xəbər verir ki, bunu Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov rəsmi X hesabındakı paylaşımında deyib.
S.Seyidovun sözlərinə görə, Şvabe əsl üzünü açıb:
"O özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur".