Çin Fələstin üçün fəaldır: Həmas və Fəth görüşü
    • 30-04-2024, 23:40
    • 163

Çin Fələstin üçün fəaldır: Həmas və Fəth görüşü

Çin hökumətinin dəvəti ilə Fələstinin HƏMAS və Fəth qruplarının nümayəndələri Fələstin barışığını təşviq etmək üçün Pekində bir araya gəlib.

News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien-in bəyanatına görə, hər iki tərəf Fələstin dövləti ilə bağlı barışığa nail olmaq üçün siyasi iradəsini tam şəkildə ifadə edib.

Lin, görüş zamanı tərəflərin bir çox mövzuda "həvəsləndirici irəliləyiş" əldə etdiklərini və "ən erkən tarixdə Fələstinin birliyini və həmrəyliyini təmin etmək üçün dialoq prosesini davam etdirməyə razılaşdıqlarını" bildirib.

Həmas və Fəth nümayəndələri Çinin Fələstin xalqına verdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edərək, Fələstinin daxili birliyini gücləndirmək üçün göstərdikləri səylərə görə Çin hakimiyyətinə təşəkkür ediblər.

Gələcək əlaqələr üçün razılıq əldə olunub.

Xatırladaq ki, əvvəl Fəth-Həmas görüşü ilə bağlı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin, “Biz Fələstin Milli Administrasiyasının rəsmilərinin güclənməsini dəstəkləyirik. Bütün Fələstin qruplarını konsensusa nail olmaq və dialoq, məsləhətləşmələr yolu ilə həmrəyliyi artırmaq üçün dəstəkləyirik”.

Günel Məlikzadə