DSMF Fransa və Finlandiya ekspertləri ilə görüşdü
    • 15-11-2022, 13:08
    • 181

DSMF Fransa və Finlandiya ekspertləri ilə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. 

News24.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Socieux+ proqramı çərçivəsində Fransanın və Finlandiyanın pensiya qurumlarının ekspertləri ilə görüşüb. 

Görüş zamanı DSMF sədri ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, son illər görülən işlər və proaktiv pensiya təyinatı ilə bağlı məlumat verib.  

Görüşdə həmçinin sosial təminat sahəsində qarşılıqlı əməkdaşlıq, Azərbaycanda könüllü sosial sığorta haqlarının yığılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə strategiyanın formalaşdırılması və tətbiqi ilə bağlı müzakirələr aparılıb.