Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb
    • 16-11-2022, 10:13
    • 148

Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

2022-ci ilin oktyabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 12 785 vahid və ya 0,70% artaraq, 1,85 milyon vahid təşkil edib.

Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 551, fiziki şəxslər üzrə 9 398, torpaq mülkiyyətçiləri üzrə isə 1 836 vahid artıb.