Navaidən Xəyyama ağır sözlər
    • 16-11-2022, 11:31
    • 216

Navaidən Xəyyama ağır sözlər

Rusiya və MDB-də populyar olan müğənni Nəvai Bəkirov (Navai) ilk dəfə Əməkdar artist Xəyyam Nisanovla qalmaqalından danışıb. 
 
News24.az "Olay"-a istinadən xəbər verir ki, bu barədə o, izləyicilərindən birinin “Bakıda niyə konsert vermirsiz” sualına cavab verərkən bildirib.

İfaçı bəzi kütlənin Əməkdar artistə inandığını, Nisanovun açıqlamasına görə, onu linç etdiyini qeyd edib:



“Siz “Əməkdar artist”inizə qulaq asın. Baxmayaraq ki, o, nömrəmi bilib, mənimlə əvvəllər danışıb və bilirdi ki, həmişə xalqımın yanındayam. Haqqımda olan mifi məhv etmək üçün sübutlarım var. 

Azərbaycan dilində cəmi bir müsahibə vermək kifayətdir. Amma daha sizə heç nə sübut etmək istəmirəm. Bakıda “VALENTİNO” kamuflyajında dayanıb vətənpərvərlikdən danışan oğlana inandınız.



O vaxt ki, biz Azərbaycana xeyli yardım göndərmişdik. Hamıya başa salmaq mümkün deyil ki, 5 milyard kütləmiz var və bütün dünya azərbaycanlı olduğumuzu bilir. Ona görə də, Bakıda konsertlər gözlənilmir. Eləcə də Azərbaycan dilində mahnılar. Bir insanı bilmədən mühakimə etməyin”. 

Qeyd edək ki, X. Nisanov Navainin Bakı ilə bağlı müzakirə yaradan fikirlərini paylaşaraq onu tənqid etmiş, Azərbaycana girişinin bloklanmasını istəmişdi.