Xatirənin əməliyyat olunma səbəbi bəlli oldu
    • 16-11-2022, 17:53
    • 2 546

Xatirənin əməliyyat olunma səbəbi bəlli oldu

Müğənni Xatirə İslam növbəti dəfə əməliyyat olunma səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə instaqramda post paylaşan sənətçi bədənşəkilləndirmə etdirdiyini iddia edənlərə də cavab verib.

“Əziz jurnalistlər və səhifə adminləri, yenə də ürəyiniz istəyən kimi məlumat yaymısınız. Budəfəki əməliyyatımda bədənşəkilləndirmədən söhbət gedə bilməz. Bir çox qadınlarda olduğu kimi süd vəzi problemimi həll etdik. Limfalarımda olan kistaların götürülməsi məsləhət görüldü. Hər şey normaldır. Artıq evdəyəm, hamınızı sevirəm”, - deyə, ifaçı bildirib.