Bərdə terrorunda həlak olan Aysunun bacısı dünyaya gəldi -FOTO
    • 17-11-2022, 12:40
    • 163

Bərdə terrorunda həlak olan Aysunun bacısı dünyaya gəldi -FOTO

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib

News24.az-ın məlumatına görə, TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 11.11.2022-ci il tarixində pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Körpəyə bacısı Aysunun adı verilib.

Uğurlu keçən əməliyyatı tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah Teymur Əlləzov həyata keçirib. 

Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.