Şabranda qanunsuz ov edənlər saxlanıldılar
    • 17-11-2022, 16:19
    • 221

Şabranda qanunsuz ov edənlər saxlanıldılar

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri  Ramin Kərimov və Elşən Babayev  saxlanılıblar.  Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları  bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.