-
- 18-11-2022, 21:15
- 343
Moskvanın Xankəndiyə göndərdiyi adam – “Bakı onunla danışmayacaq”
“Azərbaycan Rusiyanın Ermənistanla sülh danışıqlarında vasitəçilik etməsində maraqlı deyil”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Vladimir Putinin Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə öz mövqeyində dəyişiklik etməsi Bakını Vaşinqton gündəliyinə üstünlük verməsinə sövq edir:
“Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinə ehtiyac görmür. Çünki Putin “Valday”dakı çıxışında bitərəfli şəkildə Ermənistanı dəstəkləyərək, Qarabağda separtizminin əsas himayədarı olduğunu açıq formada göstərdi. Rusiya lideri bununla da prosesdəki vasitəçiliyinə kölgə saldı.
Moskvanın Vardanyanı Xankəndiyı göndərməsi gərginliyi artırmaq və bölgədəki qarşıdurma mühitini saxlamağa xidmət edir. Prezident İlham Əliyev məhz bu səbəbdən etnik ermənilərlə təmaslar qurularkən, Moskvanın göndərdiyi bu adamla danışıqlar aparılmayacağını bildirdi. Doğru mövqedir. Çünki Vardanyan Qarabağ ermənisi deyil, Kremlin göndərdiyi emissardır. Bakı da əsl niyyət və hədəfin nə olduğunu bildiyi üçün onunla danışıqlar aparmayacaq”. /Teleqraf.com/