2 yaşlı uşağın bıçaqlanmasının şahidi DANIŞDI-FOTO
    • 24-11-2022, 16:48
    • 345

2 yaşlı uşağın bıçaqlanmasının şahidi DANIŞDI-FOTO

Xəbər verdiyimiz kimi, Bakıda kişi 2 yaşlı uşağını və qayınanasını bıçaqlayıb. 

News24.az-a danışan hadisə şahidi bildirib ki, qız həyat yoldaşı və övladı ilə kirayədə yaşayıb. Qısa vaxt əvvəl o azyaşlı uşağı ilə anasıgilə köçüb: "Qonşum  Əminə ilə çox sıx əlaqəmiz yox idi. Üz-üzə gələndə salamlaşırdıq. Ailəvi sirlərinə elə də bələd deyildim. Qızını da bir toyunda görmüşdüm, bir də ara-sıra anasıgilə gələndə. Ancaq qız bir müddət idi anası ilə qalırdı. Deyəsən, yoldaşı ilə arasında problem olub. Oğlanın xasiyyəti də heç dözüləsi deyilmiş. Hadisə günü də evdə idim. Qışqırıq səsinə evdən çıxdım. Elə orada da huşumu itirmişəm. Mən ayılanda Əminəni də, uşağı da xəstəxanaya aparmışdılar. Uşağın qolunda, bədənində kəsiklər var idi". 

Qeyd edək ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına və 2020-ci il təvəllüdlü oğluna xəsarət yetirib. Sonra öz boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.